İdman24
Döyüş İdmanı · APA Sport

Təmsilçimiz Avropa birinciliyində bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

O, birdənqaldırma hərəkətində 123 kq çəkini ram edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

70 kq çəki dərəcəsində yarışan atlet təkanlaqaldırma hərəkətində göstərdiyi 145 kq nəticə ilə 7-ci olub. İki hərəkətin cəmində 268 kq nəticəyə imza atan Kamran Xappayev 5-ci yerlə kifayətlənib.

Orijinal mənbə

İdman24 əsas səhifə