Voleybol · APA Sport
“Murov Az Terminal”da iki yeni hücumçu

“Murov Az Terminal” voleybol klubu heyətini iki yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda yeni mövsüm öncəsi azərbaycanlı hücumçu Elina Xudiyeva və amerikalı hücumçu Maradit O’Qormanı transfer edib.
Hər iki voleybolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Elina Xudiyeva Azərbaycanın, Maradit O’Qorman isə ABŞ-nin təmsilçisidir.