İdman24
Futbol · APA Sport

“Turan Tovuz” Superliqa təmsilçisini darmadağın etdi

“Turan Tovuz” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda Türkiyə Superliqası təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşıb.

Görüş Azərbaycan klubunun 4:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. “Turan Tovuz”un heyətində Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev hərəyə bir dəfə fərqləniblər.

Orijinal mənbə

İdman24 əsas səhifə