İdman24
Digər · APA Sport

Türkiyə yelkənçiləri Bakıya gəlib

Türkiyə yelkənçiləri açıq Azərbaycan çempionatında iştirak etmək üçün Bakıya gəlib.

Apasport.az xəbər verir ki, Optimist və ILCA4 sinifləri üzrə yarışacaq Türkiyə komandası 9 idmançı və 1 məşqçidən ibarətdir.

Qonaqlar Azərbaycan Su İdman Növləri Federasiyasının yelkən bazası ilə tanış olublar.

Qeyd edək ki, açıq Azərbaycan çempionatı sentyabrın 12-14-də Şıxov çimərliyi ərazisində keçiriləcək. Yarışlara hər gün saat 11:00-da start veriləcək.

Orijinal mənbə

İdman24 əsas səhifə