Zelenski: Ukrayna Donbasdan imtina etməyəcək, lakin ABŞ-nin mövqeyi hələ ki, aydın deyil

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 10° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Zelenski: Ukrayna Donbasdan imtina etməyəcək, lakin ABŞ-nin mövqeyi hələ ki, aydın deyil Digər ölkələr 10 noyabr, 2026 15:15 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Prezidenti Volodimir Zelenski Donbasdan Rusiyanın xeyrinə imtina etmək niyyətində olmadığını bəyan edib, lakin Birləşmiş Ştatların bu məsələdə mövqeyinin nə olacağını bilmədiyini ifadə edib.
"Report" xəbər verir ki, o bu barədə Danimarkaya səfəri çərçivəsində "DR Nyheder"ə verdiyi müsahibədə bildirib.
"Xeyr, mən Donbasdan geri çəkilməyəcəyəm, çünki bilirəm ki, bir müddət sonra onlar (Rusiya - red.) daha da irəli gedəcək və bizi işğal edəcəklər. Ona görə də bu, bizim üçün böyük riskdir", - Zelenski deyib.
Ukrayna lideri eyni zamanda Vaşinqtonun bundan sonrakı mövqeyinin nə olacağını və Avropa ölkələrinin bu məsələdə birliyini qoruyub-qorumayacağını bilmədiyinə təəssüfünü ifadə edib.
"Birləşmiş Ştatların hansı mövqe tutacağını və kimin tərəfində olacağını bilmirəm. Avropalıların vahid cəbhə ilə çıxış edə biləcəyini, yoxsa Fransada yazda keçiriləcək seçkilərdən sonra bölünəcəyini, gələcəkdə Almaniyada və digər ölkələrdə hansı dəyişikliklərin baş verə biləcəyini bilmirəm. Ona görə də, açığını deyim, heç nəyi dəqiq deyə bilmərəm", - Ukrayna Prezidenti bildirib.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Gülnar Mahmudova Sosial şəbəkələrdə paylaşın Kopyalandı Зеленский: Украина не откажется от Донбасса, но позиция США пока неясна --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 10° C Son xəbərlər 15:31 Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar Energetika 15:15 Zelenski: Ukrayna Donbasdan imtina etməyəcək, lakin ABŞ-nin mövqeyi hələ ki, aydın deyil Digər ölkələr 15:13 İzmirdə zavodda baş verən partlayışla bağlı 11 nəfər saxlanılıb Region 15:11 Gideon Saar İsrailin daxili işlər naziri postunu da tuta bilər Digər ölkələr 15:05 Rusiya, ABŞ və Ukraynanın danışıqları fasilədən sonra bərpa olunub - Yenilənib-2 Digər ölkələr 15:05 AFFA Region Liqasına yeni formatda start verilib Futbol 15:01 "Xalq Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb Maliyyə 14:47 Bolqarıstanda zəncirvari iki yol qəzasında ölənlərin sayı 11-ə yüksəlib, 48 nəfər xəsarət alıb - Yenilənib Digər ölkələr 14:46 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq Ekologiya Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.