Döyüş İdmanı · APA Sport
Dünya çempionatı: 5 güləşçimiz mübarizəyə başlayır

Bu gün Bakıda güləş üzrə 17 yaşadək idmançılar arasında dünya çempionatı start götürəcək.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə qarşılaşmalar keçiriləcək.
Azərbaycan millisi bu gün 5 çəkidə mübarizəyə başlayacaq.
55 kq Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)
65 kq Orxan Həbibli – Qaspar Sançez (Çexiya)
80 kq İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)
110 kq Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)
48 kq Ömər Salmanov – Avinaş Çetake (Hindistan)
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edəcək. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur. Turnirə avqustun 2-si yekun vurulacaq.