Maqsud Mahsudov: Gələn il belaruslu rəqibləri də məğlub edib qızıl medal qazanmağa çalışacağıq

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 8° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Maqsud Mahsudov: "Gələn il belaruslu rəqibləri də məğlub edib qızıl medal qazanmağa çalışacağıq" Fərdi 10 noyabr, 2026 22:19 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Maqsud Mahsudov dünya çempionatında qazandıqları gümüş medalı uğurlu nəticə kimi qiymətləndirib.
"Report" xəbər verir ki, o bunu jurnalistlərə açıqlayıb.
İdmançı ötən il bacısı Selcan Mahsudova ilə qarışıq sinxron proqramda bürünc medal qazandıqlarını, bu il isə nəticələrini yaxşılaşdıraraq ikinci yeri tutduqlarını xatırladıb.
O, həmçinin çətinlik dərəcəsi üzrə dünya rekorduna imza atdıqlarını vurğulayıb:
"Dünya çempionatından uğurlu nəticə ilə qayıtdıq. Gümüş medal qazandıq. Sevinirik ki, istədiyimiz kimi çıxış edə bildik. Ötən il bacımla birlikdə qarışıq sinxron proqramda üçüncü yeri tutmuşduq. Bu il isə nəticəmizi yaxşılaşdıraraq ikinci olduq. Eyni zamanda çətinlik dərəcəsi üzrə dünya rekordunu yenilədik".
M.Mahmudov finalda Yaponiya və Belarus komandaları ilə mübarizə apardıqlarını qeyd edib. Onun sözlərinə görə, yaponiyalı rəqiblərini geridə qoymağı bacarsalar da, belaruslu gimnastlara qalib gələ bilməyiblər.
"Gələn il belaruslu rəqiblərimizi də məğlub edərək qızıl medal qazanmağa çalışacağıq", - o əlavə edib.
Xatırladaq ki, batut gimnastikası və tamblinq üzrə dünya çempionatı Çinin Nankin şəhərində baş tutub.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Ramin Şahbazov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 8° C Son xəbərlər 23:17 Gürcüstan və Özbəkistan prezidentləri nəqliyyat dəhlizlərinin inkişafını müzakirə ediblər Region 23:13 Video COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb Xarici siyasət 23:00 Azərbaycanla Türkiyə Qara dənizin dibi ilə elektrik ötürücü xəttin çəkilməsini müzakirə edir Region 22:56 Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib Digər ölkələr 22:53 BEA ilə Azərbaycan arasında qlobal enerji məsələləri müzakirə edilib Energetika 22:45 Gürcüstan COP31 çərçivəsində Orta Dəhlizi müzakirə edib Region 22:39 Sibiqa: Ukrayna Qara dənizdə və energetika sahəsində atəşkəslə bağlı təkliflərini təqdim edib Digər ölkələr 22:38 Niderland hökuməti fikir ayrılıqlarına görə istefaya gedə bilər Digər ölkələr 22:27 Foto Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.