Akrobatika gimnastikası üzrə Dünya çempionatının medalçıları vətənə qayıdıblar

İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya çempionatının qızıl və bürünc medalçıları vətənə qayıdıblar.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, gimnastlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanında federasiya nümayəndələri, yaxınları və media nümayəndələri tərəfindən qarşılanıblar.
Ölkəmizi böyüklər yaş kateqoriyasında təmsil edən qadın qrupu - Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva balans hərəkətləri proqramında Azərbaycan akrobatika gimnastikası tarixində qadın qrupları arasında ilk dəfə dünya çempionu adını qazanıblar. Tǝsnifat mǝrhǝlǝsindǝ 28.330 xalla birinci olan gimnastlarımız finalda 28.580 xal toplayaraq bütün rǝqiblǝrini geridǝ qoyublar.
Kişi cütlüyümüz Murad Rǝfiyev vǝ Daniel Abbasov da balans hǝrǝkǝtlǝri proqramında fǝxri kürsüyǝ yüksǝliblǝr. Tǝsnifatda 28.550 xalla üçüncü yeri tutan cütlük finalda nǝticǝsini 28.950 xala çatdıraraq bürünc medal qazanıb.