İdman24
Digər · APA Sport

Mbappe “Real”dan ayrılır?

“Real”ın hücumçusu Kilian Mbappenin İspaniya klubundan ayrılacağı iddia olunur.

Apasport.az xəbər verir ki, bu barədə Fransua Qalyardo sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Mbappe “Real”dakı vəziyyətdən məyusdur və 2027-ci ilin yayında komandadan ayrılmaq qərarına gəlib. Madrid klubu da futbolçunun gedişinə mane olmayacaq.

Qalyardonun məlumatına görə, fransalı hücumçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Qeyd edək ki, Mbappe 2024-cü ildən “Real”da çıxış edir. 27 yaşlı futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. O, bu mövsüm “kral klubu”nun heyətində 8 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Orijinal mənbə

İdman24 əsas səhifə