Avropa çempionatı: Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib

Cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan idmançılarının ilk rəqibləri bəlli olub.
Apasport.az xəbər verir ki, oktyabrın 29-da İtaliyanın Neapol şəhərində qitə birinciliyinin püşkatma mərasimi keçirilib.
Oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək yarışda Azərbaycan 6 çəki dərəcəsində 9 kişi cüdoçu ilə təmsil olunacaq. Çempionatda 36 ölkədən 275 idmançı (155 kişi, 120 qadın) mübarizə aparacaq.
Cüdoçularımızın ilk rəqibləri belədir:
Murad Muradlı – Unay Penyas Merino (İspaniya)
Babarəhim Mirzəyev – Mario Tinelli (İtaliya) / Yan Motoli Bonqambe (Fransa) cütünün qalibi
Nizami İmranov – Alessio De Luka (İtaliya)
İslam Rəhimov – Kristian Butuçi (Xorvatiya) / Adam Anastasopulos (Yunanıstan) cütünün qalibi
Əbil Yusubov – Luka Katiç (Xorvatiya)
Mehdi Cəfərov – Vlad Mitru (Moldova)
Əli Qazıməmmədov – Mixaylo Xoroşaylov (Ukrayna)
Əjdər Bağırov – İvan Kutenkov (Ukrayna)
Kənan Nəsibov – Luka İvankoviç (Xorvatiya)
İlk yarış günündə təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:00-da, final bloku isə saat 19:00-da başlayacaq. Görüşlər “Judo TV”də canlı yayımlanacaq.