İdman24
Futbol · APA Sport

İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

“Globe Soccer Awards” mükafatının təşkilatçıları 2026-cı ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıblar.

Apasport.az xəbər verir ki, qısa siyahıda 26 futbolçu yer alıb.

Namizədlər arasında Lionel Messi, Kilian Mbappe, Erlinq Holand, Lamin Yamal, Usman Dembele, Vinisius Junior və Harri Keyn kimi ulduzlar da var.

Cud Bellinqem (“Real Madrid”, İngiltərə) Pau Kubarsi (“Barselona”, İspaniya) Usman Dembele (PSJ, Fransa) Federiko Dimarko (“İnter”, İtaliya) Desire Due (PSJ, Fransa) Bruno Fernandeş (“Mançester Yunayted”, Portuqaliya) Erlinq Holand (“Mançester Siti”, Norveç) Əşrəf Hakimi (PSJ, Mərakeş) Vinisius Junior (“Real Madrid”, Braziliya) Harri Keyn (“Bavariya”, İngiltərə) Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan) Lautaro Martines (“İnter”, Argentina) Kilian Mbappe (“Real Madrid”, Fransa) Nuno Mendeş (PSJ, Portuqaliya) Lionel Messi (“İnter Mayami”) Joau Neveş (PSJ, Portuqaliya) Maykl Olise (“Bavariya”, Fransa) Rafinya (“Barselona”, Braziliya) Deklan Rays (“Arsenal”, İngiltərə) Rodri (“Barselona”, İspaniya) Fabian Ruis (PSJ, İspaniya) Bukayo Saka (“Arsenal”, İngiltərə) Uilyam Saliba (“Arsenal”, Fransa) Dominik Soboslai (“Liverpul”, Macarıstan) Vitinya (PSJ, Portuqaliya) Lamin Yamal (“Barselona”, İspaniya)

Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 28-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. Qaliblərin adları tədbir zamanı açıqlanacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə