İdman24
Futbol · APA Sport

“Hapoel”in qapıçısı: “Çətinliklər bizi gücləndirir”

“Hapoel”in (Beer-Şeva) qapıçısı Ofir Marsiano UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”la keçiriləcək cavab oyunu barədə danışıb.

Apasport.az xəbər verir ki, 36 yaşlı israilli qolkiper Bakıdakı qarşılaşmaya tam hazır olduqlarını bildirib.

Marsiano komandasının öz gücünə inandığını vurğulayıb:

“Bizi vacib oyun gözləyir. Öz gücümüzə inanırıq və tamamilə bu qarşılaşmaya köklənmişik. Bilirik ki, çətin olacaq. Lakin çətinliklər bizi daha da gücləndirir. Komanda olaraq yaxşı nəticə üçün dua edirik. Oyunun bizim üçün müsbət sonluqla bitəcəyinə inanıram”.

Qeyd edək ki, “Sabah” – “Hapoel” matçı avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Tərəflər arasında ilk görüş İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Orijinal mənbə

İdman24 əsas səhifə