Digər · APA Sport
Sənan Abdullayev: “Bu, Azərbaycanın qalibiyyətidir”

Bu gün Misli Premyer Liqasının 2026/27 mövsümünün püşkü atılıb.
Apasport.az xəbər verir ki, tədbirdə PFL-in Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev çıxış edib:
“Oyunlar avqustun 14-də başlayacaq. Ancaq püşkatma ilə yeni mövsümün startını elan edirik. Ötən mövsüm gərgin mübarizə şəraitində keçdi. Artıq bir neçə klubumuz avrokuboklarda mübarizəsinə başlayıb. Uğurlu start veriblər. Bu qələbələr təkcə klubların deyil, Azərbaycanın qalibiyyətidir. Onlara uğurlar arzulayırıq, qələbələrinin davamlı olmasını diləyirik. Premyer Liqaya gəlincə, yenə 12 komandalı formatda keçiriləcək”.