İdman24
Futbol · APA Sport

“Fənərbaxça”da 5 zədəli futbolçu - Klubdan açıqlama

“Fənərbaxça” zədəli futbolçularının son vəziyyətinə aydınlıq gətirib.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi açıqlama yayıb.

Məlumata görə, Vedat Muriqinin müalicə prosesi planlaşdırılandan daha yaxşı irəliləyir. Hücumçu zalda fərdi fiziki məşqlərə başlayıb və yaxın vaxtlarda meydanda çalışmalara keçməsi planlaşdırılır.

Qasıq yırtığı əməliyyatı keçirən Dorqeles Nene fərdi fiziki məşqlərini davam etdirir. Onun qarşıdakı müddətdə mərhələli şəkildə komanda məşqlərinə qoşulması nəzərdə tutulub.

Dieqo Karlos bugünkü məşqin ilk hissəsində komanda ilə birlikdə çalışıb. Müdafiəçinin yaxın zamanda hazırlıqlarda tam iştirak etməsi gözlənilir.

Yiğit Efe Demir yoxlama oyunlarından sonra yaranan yüngül ağrılar səbəbindən ehtiyat məqsədilə fərdi məşqlərini davam etdirir.

Dominik Livakoviç isə Xorvatiya millisində keçirdiyi son qarşılaşmada zədələnib. Müalicəsinə başlanılan qapıçının təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı proqnozlaşdırılır.

Orijinal mənbə

İdman24 əsas səhifə