Futbol · APA Sport
“Kəpəz”in "heç-heçələri" – 150-ci dəfə

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci heç-heçəsini edib.
Apasport.az xəbər verir ki, yubiley nəticə Misli Premyer Liqasının VI turunda “Sumqayıt”la keçirilən görüşə təsadüf edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Gəncə təmsilçisi bu göstəriciyə Premyer Liqadakı 720-ci matçında çatıb. “Kəpəz” Azərbaycan çempionatları tarixində 150 və daha çox heç-heçə edən 5-ci komanda olub.
Qeyd edək ki, “Kəpəz”in ölkə çempionatındakı ilk heç-heçəsi 1992-ci il mayın 18-də qeydə alınıb. Gəncə klubu həmin gün səfərdə Bərdənin “Pambıqçı” komandası ilə qolsuz bərabərə qalıb.