İdman24
Digər · APA Sport

Zidanın Fransa macərası Türkiyədə başlayacaq

Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan ilk rəsmi oyununu Türkiyə yığmasına qarşı keçirəcək.

Apasport.az xəbər verir ki, UEFA Millətlər Liqasının A Liqasının I qrupunun ilk turu çərçivəsində keçiriləcək görüş sentyabrın 25-də Türkiyənin Kocaeli şəhərində baş tutacaq.

Bu qarşılaşma 54 yaşlı mütəxəssisin Fransa millisinin baş məşqçisi kimi debüt oyunu olacaq.

Fransa millisi UEFA Millətlər Liqasının A Liqasının I qrupunda Türkiyə, Belçika və İtaliya ilə mübarizə aparacaq. "Xoruzlar" ilk turdan sonra sentyabrın 28-də Belçikanın qonağı olacaq. Komanda oktyabrın 2-də İtaliyanı qəbul edəcək, üç gün sonra isə yenidən Belçika ilə qarşılaşacaq.

Qeyd edək ki, Fransa Futbol Federasiyası Zinəddin Zidanla 4 illik müqavilə imzalayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə