Basketbol · APA Sport
“Neftçi” cavab matçına çıxır - YENİLƏNİR

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, "ağ-qaralar" təsnifat mərhələsində Estoniyanın "Parnu" kollektivi ilə cavab matçına çıxacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki. "Neftçi" ilk oyunda rəqibini 80:67 hesabı ilə məğlub edib.
Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.