İdman24
Digər · APA Sport

Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”

“Trabzonspor”un prezidenti Ərtuğrul Doğan mərc araşdırması çərçivəsində Peşəkar Futbol İntizam Komitəsinə göndərilməsi ilə bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, funksioner açıqlamasında məsələdə qəsdən edilən hər hansı halın olmadığını bildirib:

“Mən açıq danışan insanam, hamı məni tanıyır. Artıq 9 ildir ki, idarəçiyəm. Əvvəllər belə məsələlər gündəmdə deyildi. TFF daha öncə bu mövzularla bağlı məlumat verirdi. Qəsdən və ya başqa hər hansı bir məsələdən söhbət belə gedə bilməz. Burada keçmiş və hazırkı idarəçilərimiz var. Hamısı düzgün və xarakterli insanlardır”.

“Trabzonspor” prezidenti daha əvvəl bağlanmış mərc hesabının olduğunu da bildirib:

“Bu barədə daha əvvəl danışdıq və aidiyyəti qurumlara da məlumat verdim. Əvvəllər bağlanmış hesabım var idi. Bu şirkətlər klubların sponsorları idi və təqdimatlar keçirilirdi. Heç kim bunun problem yaradacağını düşünmürdü. TFF belə qiymətləndirib. Əgər səhvimiz olubsa, üzr istəyirəm, amma bizim səhvimiz yoxdur. Digər klublardakı dostlarımızı da tanıyıram”.

Doğan bu məsələnin futbol ictimaiyyəti üçün dərs olacağıı qeyd edib:

“Əvvəlki illərdə belə bu kimi məsələlər gündəmdə deyildi və insanlar hesab açırdılar. Bu, illər əvvələ gedib çıxır. Hadisələrdən öncə də hesabım bağlanmışdı. Pis niyyəti olan heç kim rəsmi hesab açıb belə işlər görməz. Bu, hamı üçün, bizim üçün də dərs olsun”.

TFF-nin məsələdə pis niyyətli olduğunu düşünmək istəmədiklərini deyən Doğan prosedurlara daha diqqətlə yanaşmalı olduqlarını bildirib:

“Problem yoxdur. TFF-nin də pis niyyətli olduğunu düşünmək istəmirik. Bizim də səhvimiz var. Həmin prosedurları daha diqqətlə oxumaq lazım idi. Bu idarəçilərin hamısı TFF-yə dəvət olunub. Qurumda fəaliyyət göstərən dostlarımız var. Kaş ki, belə bir məsələ ilə gündəm məşğul olmasaydı. “Trabzonspor”un və türk futbolunun maraqları üçün danışmağa davam edəcəyik. Bir addım belə geri atmayacağıq”.

Orijinal mənbə

İdman24 əsas səhifə