İdman24
Digər · APA Sport

Qvardiola İtaliyaya “yox” deməyə hazırlaşır – Maaş və istirahət...

Pep Qvardiola İtaliya millisinin baş məşqçisi olmaq təklifini qəbul etməyə bilər.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis ailəsinə bir müddət futboldan uzaq qalaraq istirahət edəcəyinə söz verib. Bu səbəbdən 55 yaşlı çalışdırıcının İtaliya Futbol Federasiyasının təklifini rədd etməyə yaxın olduğu bildirilir.

Tərəflər arasında maliyyə məsələsində də ciddi fikir ayrılığı var. Qvardiolanın tələb etdiyi maaşla federasiyanın təklif etdiyi məbləğ arasında böyük fərq olduğu qeyd edilir. Buna baxmayaraq, İtaliya Futbol Federasiyasının rəhbərliyi ispaniyalı məşqçini razı salmaq üçün əməkhaqqı məsələsində istisnaya getməyə hazırdır.

Qeyd edək ki, İtaliya millisində baş məşqçi vəzifəsi Cennaro Qattuzonun istefasından sonra boş qalıb. Federasiya Qvardiola ilə danışıqlar aparıldığını təsdiqləsə də, tərəflər arasında yekun razılıq əldə olunmayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə