Gəncədə tarixi Qərb derbisi - YENİLƏNİR

Misli Premyer Liqasında III turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk qarşılaşması Gəncədə baş tutacaq.
“Kəpəz” mövsümün ilk Qərb derbisində “Turan Tovuz”u qəbul edəcək.
“Sarı-göylər” yeni inşa olunan şəhər stadionunda ilk rəsmi matçına çıxacaq. Uzun fasilədən sonra komandanın doğma publika qarşısında çempionat görüşü keçirməsi derbiyə marağı daha da artırır.
“Kəpəz” yeni mövsümə məğlubiyyətlə başlayıb. Komandanın II turda “Sabah”la nəzərdə tutulan qarşılaşması isə təxirə salınıb.
İddialı heyət quran “Turan Tovuz”un aktivində bir qələbə var. Kurban Berdıyevin komandası ötən tur “Şamaxı” ilə heç-heçə edib.
Qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.
Misli Premyer Liqası I dövrə, III tur
18:00. “Kəpəz” – “Turan Tovuz” Gəncə şəhər stadionu
Baş hakim : Kamal Umudlu Köməkçilər: Namiq Hüseynov, Vüsal Məmmədov Dördüncü hakim: Rəşad Əhmədov VAR: Əli Əliyev AVAR: Kamran Bayramov