Digər · APA Sport
Msanqa Əlcəzair klubunda

"Şamaxı"dan ayrılan Alfonso Msanqanın yeni klubu müəyyənləşib.
Apasport.az xəbər verir ki, tanzaniyalı yarımmüdafiəçi karyerasını Əlcəzairdə davam etdirəcək.
O, “Kabilie” ilə 2 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ötən mövsüm "Şamaxı"da çıxış edən 26 yaşlı futbolçu 32 oyunda 3 qol vurub.