İdman24
Digər · Report İdman

Novak Cokoviç Bazeldəki ATP turnirində xüsusi dəvətlə iştirak edəcək

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol Bakı 24° C USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Novak Cokoviç Bazeldəki ATP turnirində xüsusi dəvətlə iştirak edəcək Fərdi 16 oktyabr, 2026 20:06 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Serbiyalı tennisçi Novak Cokoviç Bazeldə təşkil olunacaq Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) turnirində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Turnirin təşkilatçıları tennisçiyə xüsusi dəvət göndəriblər. Cokoviç daha əvvəl bu yarışda üç dəfə iştirak edib. O, 2009-cu ildə turnirin qalibi olub, 2010-cu ildə finala, 2011-ci ildə isə yarımfinala yüksəlib.

Bazeldə keçiriləcək turnirdə qələbə qazanacağı təqdirdə, Cokoviç karyerasında 103-cü titulunu əldə edəcək. Bununla da o, kişi tennisində Açıq Era dövründə qazandığı titulların sayına görə ikinci pilləyə yüksələrək isveçrəli Rocer Federerə çatacaq. Bu göstərici üzrə rekord 109 titulla amerikalı Cimmi Konnorsa məxsusdur.

Cokoviç sonuncu titulunu oktyabrın 6-da başa çatan Pekin turnirində qazanıb. Tennisçi 2015-ci ildən sonra ilk dəfə bu yarışda iştirak edib və keçirdiyi 34 görüşün hamısında qələbə qazanıb.

Qeyd edək ki, 39 yaşlı Cokoviç dünya reytinqində səkkizinci yerdə qərarlaşıb. Onun hesabında "Böyük dəbilqə" turnirlərində 24 qələbə var ki, bu da kişi tennisində rekord göstəricidir. Serbiyalı idmançı 2024-cü il Paris Olimpiadasının qalibi, 2008-ci il Pekin Olimpiadasının bürünc mükafatçısı və 2010-cu ildə Devis Kubokunun çempionu olub.

Bazeldəki ATP 500 kateqoriyalı turnir oktyabrın 26-dan noyabrın 1-dək keçiriləcək. Sərt örtüklü kortlarda təşkil olunacaq yarışın ümumi mükafat fondu 2,5 milyon dollar təşkil edir. Turnirin hazırkı qalibi braziliyalı Joao Fonsekadır.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 21:09 Meksika sahillərində "Trudi" qasırğası saatda 195 kilometrə çatıb Digər ölkələr 20:55 Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib Futbol 20:37 Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb Digər ölkələr 20:20 Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib Digər ölkələr 20:06 Novak Cokoviç Bazeldəki ATP turnirində xüsusi dəvətlə iştirak edəcək Fərdi 20:02 Video Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb Daxili siyasət 19:57 İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq Digər ölkələr 19:49 Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib Xarici siyasət 19:34 Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə