İdman24
Digər · APA Sport

MPL: Son çempion hazırkı liderlə üz-üzə - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında VII tura start veriləcək.

Apasport.az xəbər verir ki, günün son qarşılaşması Bakıda baş tutacaq.

“Neftçi” doğma meydanda son çempion “Sabah”la üz-üzə gələcək.

Hazırda 15 xalla turnir cədvəlinə başçılıq edən “ağ-qaralar” azarkeşləri önündə qələbə qazanaraq liderliyini möhkəmləndirməyə çalışacaq.

“Bayquşlar” isə UEFA Çempionlar Liqasındakı ilk matçı öncəsi üç xal əldə etmək niyyətindədir.

“Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev VAR: Kamal Umudlu AVAR: Teymur Teymurov Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Orijinal mənbə

İdman24 əsas səhifə