"Hall Siti" Premyer Liqaya hazırlaşır: Tarqettlə 2 illik müqavilə

Premyer Liqanın debütantı "Hall Siti" heyətini təcrübəli müdafiəçi Mett Tarqettlə gücləndirib.
Apasport.az xəbər verir ki, İngiltərə klubu 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayıb. Razılaşmada daha bir mövsümlük uzatma bəndi də yer alıb. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Tarqett "Nyukasl"dan ayrıldıqdan sonra azad agent kimi "Hall Siti"yə qoşulub. Sol cinah müdafiəçisi ötən mövsümü icarə əsasında "Midlsbro"da keçirib. O, bütün turnirlərdə 46 oyunda 4 qol vuraraq komandasının Çempionşip pley-offunun finalına yüksəlməsində mühüm rol oynayıb.
Xatırladaq ki, "Hall Siti" ötən mövsümün sonunda Çempionşipdən Premyer Liqaya yüksəlib. Qeyd edək ki, Mett Tarqett karyerası ərzində "Sauthempton", "Fulhem", "Aston Villa", və "Nyukasl" formaları geyinib.