Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb Digər ölkələr 25 oktyabr, 2026 10:52 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın Barselona şəhərində yanğınlar, dağıntılar və polislə toqquşmalarla müşayiət olunan kütləvi iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb.
"Report" un EFE agentliyinə istinadən verdiyi məlumata görə, iğtişaşlar oktyabrın 24-ü axşam saatlarında sosial şəbəkələr vasitəsilə təşkil edilən aksiyaya yüzlərlə gəncin qatılmasından sonra başlayıb.
Əksəriyyəti qara geyimdə olan aksiya iştirakçıları barrikadalar qurub, yanğınlar törədib və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşublar.
Kataloniyanın daxili işlər departamentinin rəhbəri Nuria Parlón hadisələri pisləyib. Onun sözlərinə görə, iğtişaşlarda təxminən 500 nəfər iştirak edib, 14 obyektə ziyan dəyib.
Regional qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata əsasən, saxlanılanların təxminən 25 faizi yetkinlik yaşına çatmayanlar ola bilər.
Kataloniyanın Daxili İşlər Departamenti hadisələrin bir sıra Avropa şəhərlərində keçirilən etiraz aksiyaları ilə əlaqəli ola biləcəyini də istisna etmir.
"El Mundo" qəzetinin məlumatına görə, toqquşmalar zamanı təxminən 10 polis əməkdaşı xəsarət alıb.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано В Барселоне около 100 человек задержали в ходе массовых беспорядков --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 12:26 Bakıda yağış yağacaq, şimşək çaxacaq Ekologiya 12:07 Fransa Polineziyasının nümayəndəsi: "Bakıda keçirilən yarışda əsas məqsəd gənc futbolçuları dəstəkləməkdir" Komanda 11:52 Aleksandar Vuçiç xanımı ilə birlikdə səsvermədə iştirak edib Digər ölkələr 11:45 Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub Digər ölkələr 11:39 Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir Digər ölkələr 11:38 İzabel Bearune: Dünya çempionatında iştirak etmək gənclərimiz üçün böyük fəxrdir Komanda 11:27 Foto Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər Futbol 11:08 Foto Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb Hadisə 11:01 İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.