İdman24
Digər · APA Sport

“Bu, “Bolonya”nın DNT-sində yoxdur”

“Bolonya”nın sabiq futbolçusu Tomas Lokatelli komandanın keçmiş baş məşqçisi Domeniko Tedeskonun istefasına münasibət bildirib.

Apasport.az xəbər verir ki, Lokatelli 41 yaşlı mütəxəssislə yolların bu qədər tez ayrılmasını gözləmədiyini açıqlayıb:

“Bu ayrılığın belə qısa müddətdə baş verəcəyini heç gözləmirdim. Belə qərarlar “Bolonya”nın DNT-sinə xas deyil. Ancaq zaman keçdikcə hər şey dəyişə bilər”.

Qeyd edək ki, Domeniko Tedesko “Fənərbaxça”dan ayrıldıqdan sonra “Bolonya”nın baş məşqçisi təyin olunmuşdu. İtaliya təmsilçisi A Seriyasında keçirdiyi 4 oyundan sonra mütəxəssislə yollarını ayırıb.

Orijinal mənbə

İdman24 əsas səhifə