Döyüş İdmanı · APA Sport
UFC: Ukraynalı döyüşçüdən qalibiyyət

Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.
“Apasport”un ezam olunmuş əməkdaşının məlumatına görə, hazırda ilkin kartın döyüşləri keçirilir.
Gecənin növbəti döyüşü yarımorta çəki dərəcəsində baş tutub.
Ukrayna təmsilçisi Daniil Donçenko İsveçdən olan Teodor Berqrenlə qarşılaşıb.
Mübarizədə ukraynalı idmançı qələbə qazanıb. O, ikinci raundda vaxtından əvvəl rəqibini məğlub edib.
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.