Digər · APA Sport
Pulişiç daha 5 il “Milan”da - RƏSMİ

ABŞ millisinin hücumçusu Kristian Pulişiç “Milan”la müqaviləsinin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Yeni sözləşmə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
Qeyd edək ki, Pulişiç 2023-cü ildən “Milan”da çıxış edir. 28 yaşlı futbolçu cari mövsüm A Seriyasında keçirdiyi 6 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.