İdman24
Digər · APA Sport

Keyn tarix yazdı - Linekeri geridə qoydu

İngiltərə millisinin hücumçusu Harri Keyn növbəti rekorda imza atıb.

Apasport.az xəbər verir ki, təcrübəli forvard DÇ-2026-nın Panama ilə oyununda vurduğu qolla dünya çempionatlarında İngiltərə millisinin ən məhsuldar futbolçusu olub.

Beləliklə, Keyn mundiallardakı qol sayını 11-ə çatdıraraq bu göstəricidə əfsanəvi Qari Linekeri (10 qol) geridə qoyub və yeni rekordun sahibi olub.

Qeyd edək ki, Harri Keyn dünya çempionatlarında vurduğu 11 qolu 2018, 2022 və 2026-cı il turnirlərində vurub.

Orijinal mənbə

İdman24 əsas səhifə