İdman24
Digər · APA Sport

Maldini rəsmən “Kalyari”də

İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi “Atalanta”dan Daniel Maldinini icarəyə götürüb.

24 yaşlı hücumameyilli yarımmüdafiəçinin icarə müqaviləsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. Razılaşmada satınalma hüququ da var və müəyyən idman şərtləri yerinə yetiriləcəyi halda bu, məcburi öhdəliyə çevriləcək.

Daniel “Milan”ın əfsanəvi futbolçusu Paolo Maldininin oğludur.

Qeyd edək ki, “Milan”ın yetirməsi olan Daniel Maldini daha əvvəl İtaliyada “Spetsiya”, “Empoli”, “Montsa” və “Latsio” klublarında icarə əsasında çıxış edib.

Orijinal mənbə

İdman24 əsas səhifə