Döyüş İdmanı · APA Sport
Ömər Salmanov mundiala qələbə ilə başladı – Hindistanlı rəqibini məğlub etdi

Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub.
Apasport.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Hindistan təmsilçisi Avinaş Çetakeni ilə üz-üzə gəlib.
Salmanov rəqibini 6:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.