İstanbulda qolf üzrə ənənəvi "Zəfər Turniri 2026" keçirilib

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 23° C USD - 1.700 EUR - 1.899 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia İstanbulda qolf üzrə ənənəvi "Zəfər Turniri 2026" keçirilib Fərdi 13 oktyabr, 2026 10:47 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
İstanbulda Azərbaycan və Türkiyənin birgə təşkil etdiyi ənənəvi qolf yarışı – sayca 4-cü "Zəfər Turniri 2026" keçirilib.
Bu barədə "Report" a Azərbaycan Qolf Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
"Kemer Country Golf Club"da baş tutan yarış Azərbaycan və Türkiyə Qolf Federasiyaları arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi, hər iki qardaş ölkədə qolf idmanının inkişafı, eləcə də idmançılar arasında qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.
Hər il növbə ilə Azərbaycan və Türkiyədə təşkil olunan yarışa bu dəfə Türkiyə ev sahibliyi edib. Turnirdə hər iki ölkənin qolfçuları mübarizə aparıblar.
Yarışı Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov və Türkiyə Qolf Federasiyasının rəhbəri Yıldırım Dəmirörən də izləyiblər.
R.Xəlilov turnirin iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. O, Türkiyə Qolf Federasiyasının prezidenti Yıldırım Dəmirörənə, yerli federasiyanın əməkdaşlarına və üzvlərinə göstərdikləri qonaqpərvərliyə görə təşəkkür edib.
Federasiya rəhbəri qolfun yalnız idman növü deyil, həm də xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün mühüm vasitə olduğunu diqqətə çatdırıb. O, Azərbaycan və Türkiyə üçün artıq ənənəyə çevrilmiş bu turnirin əhəmiyyətini vurğulayıb və iki ölkə arasında idman əməkdaşlığının gələcəkdə də inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
İdman sahəsində "Bir millət, iki dövlət" prinsipinin növbəti təzahürü olan "Zəfər Turniri 2026" Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin, qarşılıqlı hörmətin və möhkəm idman əməkdaşlığının rəmzinə çevrilib. Azərbaycan Qolf Federasiyası iki ölkə arasında qolf sahəsində əməkdaşlığın genişləndirilməsini, eləcə də bu ənənəvi turnirin gələcəkdə də keçirilməsini dəstəkləyir.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано Foto В Стамбуле состоялся традиционный "Турнир Победы" по гольфу --> --> --> --> --> USD - 1.700 EUR - 1.899 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 12:31 Foto Respublika Olimpiya İdman Liseyinin təmirdən sonra açılışı olub Fərdi 12:24 Parlamentdə təhlükəli mallarla bağlı tədbirlər dairəsinin müəyyənləşdirilməsi birinci oxunuşdan keçib Milli Məclis 12:23 Azərbaycan və Pakistan dövlət xidmətləri sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər Xarici siyasət 12:21 MM kommersiya aviasiya ekipajlarının iş və istirahət rejiminin tənzimlənməsini I oxunuşda təsdiqləyib Milli Məclis 12:20 İspaniyanın Formentera adasının sahillərində 19 qanunsuz miqrant xilas edilib Digər ölkələr 12:18 Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək İnfrastruktur 12:14 Aqrar sektorda Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi öhdəliyi ilə bağlı dəyişiklik qəbul edilib Milli Məclis 12:13 "Azərbaycan Beynəlxalq Bankı" maliyyə vəziyyətini açıqlayıb Maliyyə 12:13 "AzFina": Şirkətlərimiz türk dövlətlərinə likvidliyi idarə etməkdə dəstək verə bilər Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.