İdman24
Digər · APA Sport

Azərbaycanın üç cüdoçusu Əbu-Dabidə medal uğrunda mübarizəyə qoşulur

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulacaq.

Apasport.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın üç təmsilçisi tatamiyə çıxacaq.

Qadınların mübarizəsində Mədinə Kaisinova (+78 kq) 1/8 finalda özbəkistanlı İrişxon Qurbanbayeva ilə üz-üzə gələcək.

Kişilərin yarışında Uşanqi Kokauri (+100 kq) tacikistanlı Şərifcon Nazriyevlə ukraynalı Yakiv Xammo arasındakı görüşün qalibi ilə qarşılaşacaq. Eyni çəkidə mübarizə aparan Camal Qamzatxanov isə gürcüstanlı Saba İnaneişvili ilə braziliyalı Andre Umberto cütünün qalibini gözləyəcək.

Təsnifat mərhələsinə saat 11:30-da, final blokuna isə 18:00-da start veriləcək.

Qeyd edək ki, oktyabrın 29-da başlayan turnirdə Azərbaycan millisi indiyədək 4 medal qazanıb. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medala sahib çıxıblar.

Orijinal mənbə

İdman24 əsas səhifə