Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi"

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 16° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi" Fərdi 26 oktyabr, 2026 18:05 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Eldəniz Əzizlinin qızıl medal qazanacağına inam böyük olub.
Bunu "Report" a açıqlamasında "Neftçi" İdman Klubunun yunan-Roma güləşi üzrə komandasının baş məşqçisi Elnur Müzəffərov deyib.
Mütəxəssis pəhləvanların yarışa hazırlıq səviyyəsini və turnirdəki çıxışlarını dəyərləndirib:
"Uşaqların hamısı məşqlərdə necə lazımdırsa, hazırlaşmışdılar. Hər biri "Neftçi" İdman Klubunun üzvüdür. Bütün güləşçilərimiz çempion olmaq məqsədilə yarışa yola düşüblər. Eldəniz Əzizlinin dünya çempionu olacağına inamımız var idi. Həmçinin Həsrət Cəfərov və Nihat Məmmədlidən gözləntilərimiz böyükdür. Sərxan Məmmədov böyüklər arasında ilk dəfə dünya çempionatında iştirak edir, burada təcrübə amili də rol oynayır".
O, bəzi güləşçilərin məğlubiyyətinin gözlənilməz olduğunu vurğulayıb:
"İslam Abbasovun məğlubiyyəti gözlənilməz oldu. Ülvi Qənizadəyə zədə özünü göstərməyə imkan vermədi, Sənan Süleymanov isə zədəsi ola-ola sonadək mübarizə apardı. Murad Əhmədiyev olimpiadadan sonra özünü göstərməli idi, amma alınmadı. Nihat Məmmədlidən gözləntimiz qızıl medaldır. Ən azı gümüş medal qazanacağına ümid edirəm. Həsrət Cəfərovun da çempion olacağına ümid bəsləyirdik. Bir neçə medal qazanacağımızı düşünürəm".
E.Müzəffərov sərbəst və qadın güləşçilərin də perspektivinə toxunub:
"Sərbəst güləş komandamız da yarışa çox yaxşı hazırlaşıb, pəhləvanlarımızdan medal gözləyirik. Qadın güləşçilərimizin də 2-3 medal qazanmaq imkanı var. Ümumilikdə millilərimizin turnirdən uğurla dönəcəyinə inanırıq".
Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. İndiyədək yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 18:33 Foto Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib Xarici siyasət 18:27 Foto Video "Qərbi Azərbaycanın yaddaş yerləri": Daşkörpü sakinləri etnik təmizləməyə məruz qalıb Daxili siyasət 18:24 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib - Yenilənib Hadisə 18:24 ABŞ-də universitetin stadionu yaxınlığında baş verən atışma ilə əlaqədar bir yeniyetmə həbs edilib Digər ölkələr 18:18 Foto Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti TEGOVA-ya üzv qəbul edilib Biznes 18:12 Foto Rövşən Rzayev vətəndaş qəbulu keçirib Daxili siyasət 18:08 Tehranda Yaxın Şərqdəki vəziyyətlə bağlı dördtərəfli görüş keçirilib Region 18:05 Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi" Fərdi 18:01 Foto MDB-yə üzv dövlətlər vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.