Futbol · APA Sport
“Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır

"Fənərbaxça"nın futbolçusu Ceyden Ostervoldenin “Roma”ya keçidi baş tutmayıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Niderlandlı müdafiəçinin İtaliya klubunda keçdiyi ətraflı tibbi müayinələrdən sonra onun sağlamlıq durumu qənaətbəxş sayılmayıb və transferin ləğv edilməsinə qərar verilib.
“Roma” futbolçunun sağlamlıq durumu ilə bağlı yekun nəticələri nəzərə alaraq keçidi rəsmiləşdirməyib.
Beləliklə, Ostervolde “Fənərbaxça”ya geri dönəcək.
Qeyd edək ki, 25 yaşlı futbolçu 2023-cü ildən “Fənərbaxça”nın heyətində çıxış edir.