Futbol · APA Sport
Bölgə klubu 6 futbolçu ilə müqavilə imzaladı - RƏSMİ

“Zaqatala” yeni mövsüm üçün heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi 6 futbolçu ilə yeni müqavilə imzalayıb.
Klub Davud Şabanov, İbrahim Məmmədov, Sərxan Abdullayev, Qəşəm Məmmədov, Davud Mahmudov və Turgut Mustafazadə ilə anlaşmanı yeniləyib.
Bundan başqa, seleksiya zamanı 15 yaşlı Hacı Şabanov əsas komandaya cəlb olunub.