İdman24
Döyüş İdmanı · APA Sport

DÇ: Zöhrab Səfərov ukraynalı güləşçiyə məğlub oldu

Azərbaycanın yunan-Roma güləşçisi Zöhrab Səfərov Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan idmançımız təsnifat mərhələsində ukraynalı Hlib Yevsieyevə 4:7 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.

Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

Orijinal mənbə

İdman24 əsas səhifə