İdman24
Futbol · APA Sport

“Qalatasaray” zədəli futbolçuları ilə bağlı açıqlama yayıb

“Qalatasaray” futbolçuları Viktor Osimhen, Mario Lemina və Vilfrid Sinqonun vəziyyəti ilə bağlı açıqlama yayıb.

Apasport.az xəbər verir ki, Türkiyə Super Liqasının IV turunda “Başakşehir”lə keçirilən qarşılaşmada (3:2) sağ adduktor (qasıq) əzələ qrupunda dartılma və ağrı aşkarlanan Viktor Osimhen və Mario Lemina müalicəyə cəlb olunublar.

Hər iki futbolçunun MRT də daxil olmaqla əlavə müayinələri sabah tamamlanacaq.

Məşq zamanı sağ dizinin arxa nahiyəsindən zədə alan Vilfrid Sinqonun isə MRT də daxil olmaqla bütün zəruri müayinələri aparılıb.

Müayinələrin nəticəsinə əsasən, futbolçunun sağ budunun biseps femoris əzələ qrupunda vətər və əzələni əhatə edən zədə, həmçinin qanama aşkarlanıb. Oyunçunun müalicəsinə başlanılıb.

Orijinal mənbə

İdman24 əsas səhifə