Digər · APA Sport
Medvedev azarkeşi topla vurdu, diskvalifikasiya edildi – Cokoviç finalda - VİDEO

Çin Açıq tennis turnirinin yarımfinalında Daniil Medvedevlə Novak Cokoviç arasında keçirilən görüş gözlənilmədən yarımçıq başa çatıb. Apasport.az xəbər verir ki, Medvedev oyunun ikinci setində xal başa çatdıqdan sonra topu tribunaya doğru vurub. Top ön sırada əyləşən azarkeşin göz nahiyəsinə dəyib. Tamaşaçı arena əməkdaşlarının köməyi ilə tribunadan çıxarılıb. Hadisədən sonra hakimlər rusiyalı tennisçini diskvalifikasiya ediblər. Həmin vaxt Cokoviç 7:5, 5:3 hesabı ilə öndə olub. Beləliklə, serbiyalı tennisçi finala yüksəlib. O, həlledici görüşdə avstraliyalı Aleks de Minaurla qarşılaşacaq.