İdman24
Futbol · APA Sport

"Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək

Misli Premyer Liqasında IX turun oyun cədvəli müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Turun mərkəzi görüşü olan “Sabah” - “Qarabağ” qarşılaşması “Dalğa Arena”da keçiriləcək.

Misli Premyer Liqası IX tur 23 oktyabr 15:00. “Araz-Naxçıvan” - “Qəbələ” Şamaxı şəhər stadionu

19:00. “Zirə” - “Sumqayıt” Zirə İdman Kompleksinin stadionu

24 oktyabr 16:30. “Şəfa” - “Kəpəz” “SOCAR Polymer Arena”

19:00. “Neftçi” - “Turan Tovuz” “Palms Sports Arena”

25 oktyabr 15:00. “İmişli” - “Şamaxı” Yevlax şəhər stadionu

18:00. “Sabah” - “Qarabağ” “Dalğa Arena”

Qeyd edək ki, oktyabrın 9-da “Dalğa Arena”da Peşəkar Futbol Liqası tərəfindən yekun baxış və uyğunluğun təsdiqlənmə prosesi həyata keçiriləcək.

Orijinal mənbə

İdman24 əsas səhifə