İdman24
Döyüş İdmanı · APA Sport

UFC: Fərman Həsənovdan mükəmməl debüt

Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.

“Apasport”un ezam olunmuş əməkdaşının məlumatına görə, artıq ilkin karta yekun vurulub.

İlk mərhələnin son döyüşü yarımorta çəki dərəcəsində baş tutub.

Azərbaycan təmsilçisi Fərman Həsənov ABŞ-dən olan Erik Nolanla qarşılaşıb. İlk raund həmyerlimizin üstünlüyü ilə keçib. Həsənov hissəni tam dominasiya ilə bitirib.

Görüşün ikinci 5 dəqiqəsi Fərmanın çıxışı ilə yadda qalıb. Təmsilçimiz həm zərbə, həm də teykdaunların sayında rəqibini qabaqlayıb.

Azərbaycanlı döyüşçü son raundda da üstün tərəf olub. Döyüşün qalibi mübarizədən sonra müəyyənləşib. Fərman Həsənov hakimlərin yekdil qərarı ilə üstün tərəf seçilib.

Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə