İdman24
Gimnastika · Gimnastika Federasiyası

Bədii gimnastika üzrə ölkə çempionatı start götürüb

4–6 avqust tarixlərində Bakı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 31-ci ölkə çempionatı start götürüb.

Çempionatda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Ocaq Sport” Klubunun Zabrat bölməsi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu və Zirəni təmsil edən ümumilikdə 50-yə yaxın gimnast iştirak edir.

Yarışda gimnastlar yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə fərdi proqramda ölkə çempionu adı uğrunda mübarizə aparırlar. Üç gün davam edəcək çempionatda iştirakçılar halqa, top, gürzlər və lent alətlərində, həmçinin çoxnövçülük üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər.

Yarışın keçirilməsində əsas məqsəd gənc idmançıların yarış təcrübəsinin artırılması və bədii gimnastikanın inkişafına töhfə verməkdir.

Orijinal mənbə

İdman24 əsas səhifə