Cüdo · Cüdo Federasiyası
Düşənbə Böyük Dəbilqəsinin heyəti bəlli oldu

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 1–3 may tarixlərində Tacikistanın paytaxtı Düşənbədə Böyük Dəbilqə turniri keçiriləcək. Azərbaycan mötəbər yarışda kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Dünya Cüdo Turuna daxil olan turnirdə 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq. Heyəti təqdim edirik: Kişilər -60 kq Murad Muradlı -66 kq Nizami İmranov İslam Rəhimov -73 kq Rəşid Məmmədəliyev +100 kq Uşanqi Kokauri Camal Qamzatxanov