İdman24
Gimnastika · Gimnastika Federasiyası

Batutçularımız İtaliyadan 6 medalla qayıdıblar

3–4 oktyabr tarixlərində İtaliyanın Riççone şəhərində keçirilən batut gimnastikası üzrə “5th Aere Trampoline Cup” beynəlxalq turnirində gimnastlarımız uğurlu çıxışları ilə diqqət çəkiblər. Təmsilçilərimiz sinxron və fərdi proqramlarda ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanıblar.

Sinxron proqramda 13–14 yaş kateqoriyasında Ömər Qasımlı və Muhamməd Həsənli 45,170 xalla qızıl medal qazanıblar. 15–16 yaş kateqoriyasında Ammar Baxşalıyev və Fərhad Mustafayev 45,390 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 17–21 yaş kateqoriyasında isə Hüseyn Abbasov və Maqsud Mahsudov 50,730 xalla qızıl medala sahib olublar.

Fərdi proqramda da gimnastlarımız qələbə əzmini nümayiş etdiriblər. Hüseyn Abbasov 57,950 xalla, Ammar Baxşalıyev isə 53,300 xalla qızıl medal qazanıblar. Muhamməd Həsənli 49,290 xalla yarışı gümüş medalla başa vurub.

Orijinal mənbə

İdman24 əsas səhifə