Gimnastika · Gimnastika Federasiyası
Qrup hərəkətləri komandası Dünya çempionatında

12–16 avqust tarixlərində Almaniyanın Frankfurt şəhərində keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatında ölkəmizi böyüklərdən ibarət qrup hərəkətləri komandası təmsil edib. Şəms Müvəffəqi, İlahə Bahadırova, Alina Məmmədova, Sofiya Məmmədova, İlona Zeynalova və Zəhra Cəfərovadan ibarət komandamız çempionatda 5 top, eləcə də 3 halqa və 2 cüt gürz proqramlarında çıxış edib. Gimnastlarımız 5 top ilə proqramda 21.450 xal, 3 halqa və 2 cüt gürz ilə proqramda isə 20.450 xal toplayıblar. İki proqramın yekun nəticəsinə əsasən komandamız 28-ci pillədə qərarlaşıb. Komandamıza gələcək yarışlarda uğurlar arzulayırıq!