Astana Böyük Dəbilqəsində cüdoçularımızın ilk rəqibləri bəlli olub

Mayın 7-də Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub. Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunacaq. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparacaq. 8-10 may tarixlərində keçiriləcək Astana Böyük Dəbilqəsində ilk yarış günü təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 16:00-da start götürəcək . Yarışın görüşləri "JudoTV" və "CBC Sport"dan canlı yayımlanacaq. Kişilər -66 kq, 1/16 final Rəşad Yelkiyev – Hyonu An (Koreya) Turan Bayramov – Matteo Piras (İtaliya) -73 kq, 1/8 final Rəşid Məmmədəliyev – Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə -90 kq, 1/16 final Aslan Kotsoyev – Aybol Nissanali (Qazaxıstan) +100 kq, 1/8 final Camal Feyziyev – Yakub Sordil (Polşa) Uşanqi Kokauri – Jantilek Nurtilepuli (Qazaxıstan) Qadınlar -48 kq, 1/16 final Şəfəq Həmidova – Aytana Dias Hernandes (İspaniya) -48 kq, 1/8 final Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə -52 kq, 1/16 final Leyla Əliyeva – Taniştha Tokas (Hindistan) -52 kq, 1/8 final Gültac Məmmədəliyeva – Şraddha Kadubal Çopade (Hindistan) -70 kq, 1/8 final Südabə Ağayeva – Miriam Butkereyt (Almaniya)