İdman24
Gimnastika · Gimnastika Federasiyası

Nikita Simonov Avropa çempionatının finalında

13–23 avqust tarixlərində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində idman gimnastikası üzrə Avropa çempionatı keçirilir.

İlk dəfə Zaqrebdə təşkil olunan mötəbər yarışda 44 ölkədən ümumilikdə 670 gimnast böyüklər və gənclər yaş kateqoriyalarında mübarizə aparır. Bu göstərici ilə Zaqreb-2026 yarış tarixinin ən böyük Avropa çempionatı kimi yadda qalacaq.

Çempionatda ölkəmizi böyüklər yaş kateqoriyasında Nikita Simonov təmsil edir. Gimnastımız halqalar üzrə təsnifat mərhələsində uğurlu çıxış edərək 14.166 xal toplayıb. Nəticədə Simonov 7-ci pillədə qərarlaşaraq final mərhələsinə vəsiqə qazanıb.

Kişilər arasında yarışlar 19–23 avqust tarixlərini əhatə edir. Halqalar üzrə final mübarizəsi isə 21 avqustda keçiriləcək.

Gimnastımıza final mərhələsində uğurlar arzulayırıq!

Orijinal mənbə

İdman24 əsas səhifə