İdman24
Cüdo · Cüdo Federasiyası

Uşanqi Kokauri Astana Böyük Dəbilqəsində gümüş medal qazandı

Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirini milli komandamız bir medalla başa vurub. Uşanqi Kokauri (+100 kq) final görüşündə ikiqat dünya çempionu İnal Tasoyevə məğlub olaraq gümüş medala layiq görülüb. Qeyd edək ki, U.Kokauri bir həftə əvvəl Düşənbə Böyük Dəbilqəsində bürünc mükafat qazanmışdı.

Orijinal mənbə

İdman24 əsas səhifə