Avropa Oyunlarına aparan yol

8–12 aprel tarixlərində Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında Selcan Mahsudova və Maqsud Mahsudov fərdi proqramda, Maqsud Mahsudov və Hüseyn Abbasov isə sinxron proqramda uğurlu çıxış edərək Avropa Oyunlarına lisenziya qazanıblar.
11–13 sentyabr tarixlərində İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında isə qarışıq cütlük proqramında çıxış edən Mədinə Mustafayeva və Vladimir Dolmatov Avropa Oyunlarında iştirak hüququ əldə ediblər.
Lakin Avropa Oyunlarına gedən yolda lisenziya mübarizəsi bununla yekunlaşmır. Qarşıda gimnastlarımız üçün yeni təsnifat imkanları yaradan bir sıra mühüm yarışlar var.
2026-cı ilin akrobatika gimnastikası və tamblinq üzrə Dünya çempionatları, eləcə də 2027-ci ilin idman gimnastikası və bədii gimnastika üzrə Avropa çempionatları IV Avropa Oyunlarına lisenziya qazandıran təsnifat xarakterli yarışlardır.
Gimnastlarımıza qarşıdakı təsnifat yarışlarında və digər mötəbər turnirlərdə uğurlar arzulayırıq!