İdman24
Gimnastika · Gimnastika Federasiyası

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı uğurla başa çatdı

Final yarışlarının nəticələrinə əsasən qaliblər və mükafatçılar müəyyənləşib.

Üç gün davam edən çempionat ərzində gimnastlar fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə bacarıqlarını nümayiş etdiriblər. Final günündə ən güclü gimnastlar medallar uğrunda mübarizə apararaq ölkə çempionatını uğurla başa vurublar.

Yarışın sonunda qaliblər diplom və medalla təltif olunublar. Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı gənc idmançıların hazırlıq səviyyəsinin qiymətləndirilməsi və gələcək yarışlara hazırlıq baxımından əhəmiyyətli mərhələ olub.

Orijinal mənbə

İdman24 əsas səhifə